×
A
A
A
Sazlamalar

Tələbələr sığorta bazarı barədə maarifləndirilib

Bakı, 18 mart, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Dövlət İqtisad Universitetinin Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə sığorta bazarı haqqında maarifləndirici seminar keçirilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının mütəxəssisləri tərəfindən keçirilən mövzular tələbələr tərəfindən böyük maraqla qarşılanıb. İnteraktiv metodlar və dialoq formasında keçirilən seminar çərçivəsində sığorta haqqında ümumi məlumat, sığortanın mahiyyəti və əsas növləri, sığorta riskləri və anderraytinq, həyat və qeyri-həyat sığortası mövzuları müzakirə olunub.
Təcrübə və diskussiyalarla zəngin olan təlimdə 50-dək tələbə iştirak edib.

Maliyyə 2019-03-18 18:10:00