×
A
A
A
Sazlamalar

Azərbaycandan 48,5 milyon dollarlıq neft məhsulları ixrac olunub

Bakı, 18 mart, AZƏRTAC
Cari ilin ilk 2 ayında Azərbaycandan 92 min 568 ton (2710 mal kodu üzrə) neft məhsulları ixrac edilib. İxrac edilən neft məhsullarının dəyəri isə 48 milyon 501 min ABŞ dolları olub.
Bu barədə AZƏRTAC-a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Xatırladaq ki, ötən ilin eyni aylarında ölkədən 217 min 283 ton neft məhsulları ixrac olunub, həmin ixracın dəyəri 107 milyon 7 min dollar təşkil edib.

 

Neft - qaz 2019-03-18 18:05:00