×
A
A
A
Sazlamalar

Mstislav Rostropoviçin yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək

Bakı, 18 mart, AZƏRTAC

Martın 28-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Mstislav Rostropoviçin anadan olmasının 92 illiyinə və onun yaradıcılığına həsr olunmuş tədbir keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə “Mistislav Rostropoviç. Prtosto Slava” yeni sənədli filmin təqdimatı olacaq. Daha sonra tədbir konsert proqramı ilə davam edəcək.

Mədəniyyət 2019-03-18 18:00:00