×
A
A
A
Sazlamalar

İki ayda əsas kapitala yönəldilmiş vəsaitin 17 faizi tikintiyə sərf olunub

Bakı, 18 mart, AZƏRTAC

Cari ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,5 faizi sənaye, 18 faizi nəqliyyat və anbar təsərrüfatı, 17 faizi tikinti, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində hər birində 2,4 faiz olmaqla dövlət idarəetməsi və müdafiə, sosial təminat, təhsil, 1,9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə, 1,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,6 faiz olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.

Tikinti̇ 2019-03-18 17:59:00