×
A
A
A
Sazlamalar

® “Azercell”dən rəqəmsallığa doğru daha bir addım

Yeni "Kabinetim" xidməti ilə nömrənizə onlayn nəzarət edin


Hər zaman müştəri xidmətləri sahəsində innovativ ideya və həll yolları ilə seçilən "Azercell" şirkəti abunəçilərinin istifadəsinə daha müasir dizayna malik olan "Kabinetim" şəxsi kabinet xidmətini təqdim edir. "Kabinetim" nömrə ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən vaxta qənaət edərək ən qısa zamanda icra edilməsini təmin edən virtual köməkçidir.
Beləliklə, "Kabinetim" aşağıdakı əməliyyatların "Azercell" Müştəri Xidmətləri və ya Telefon Mərkəzinə müraciət etmədən onlayn icra edilməsi üçün imkan yaradır:
- nömrənin balansı və internet balansı haqqında tam məlumat əldə edilməsi,
- mobil internet paketlərinin və rominq internet paketlərinin sifarişi, yenilənməsi və deaktiv edilməsi,
- nömrədə mövcud tarif paketin dəyişdirilməsi,
- nömrənin xəttinin idarə edilməsi,
- nömrənin balansına son 6 ay ərzində edilən ödənişlərin izlənilməsi.
Əlavə olaraq "Kabinetim" vasitəsilə abunəçi nömrənin balansını artıra bilər, SMS göndərə bilər, "Azercell"dən və 3-cü şirkətlərdən daxil olan SMS yayımını dayandıra bilər, "Xidmətlərim" bölümünə daxil olmaqla isə "Azercell"in "Rominq", "Kəscell", "Zənglərin Yönləndirilməsi", "Gizlətcell", "Simurq" xidmətləri üzərindən müxtəlif əməliyyatları icra edə bilər və sair.
Rəqəmsal dünyanın ən son yeniklərini tətbiq etməyi hədəfləyən "Azercell" yeni şəxsi kabineti adaptiv ("responsive") dizaynda təqdim edir. Kabinet ekranın ölçüsünə görə həssas dizayna malikdir və istifadədə olan cihazın xüsusiyyətlərinə uyğun olaraq ekran və brauzer ölçüsünə avtomatik uyğunlaşır. "Kabinetim"in daha bir yeni xüsusiyyəti, "Sürətli giriş"in, yəni birdəfəlik şifrə ilə kabinetə daxil olmanın mümkün olmasıdır.
"Kabinetim" tətbiqini “Android” və “IOS” istifadəçiləri aşağıdakı linkdə göstərilən təlimata əsasən öz smartfonlarına əlavə edib istənilən zaman digər mobil applikasiyalar kimi istifadə edə bilərlər:https://www.azercell.com/az/personal/services/selfservice/kabinetim/
İnanırıq ki, bir sıra əməliyyatların onlayn şəkildə icra edilməsi üçün imkan yaradan "Kabinetim" xidməti abunəçilərin gündəlik həyatlarını asanlaşdırmaqda faydalı olacaq. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, Azərbaycanın mobil rabitə sektorunun lideri, qeyri-neft sektorunun ən böyük vergiödəyicisi və sərmayəçisi "Azercell Telekom" MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 49 faiz bazar payına malik olan "Azercell"in şəbəkəsi ölkə ərazisinin 99,1 faizini (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi "Azercell"in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell" gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən "Azercell Ekspres" ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza" və sair. 2012-ci ildə "Azercell" ölkədə ilk dəfə 4G xidmətini təqdim edib. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell" şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. "Azercell" ölkədə və MDB məkanında beynəlxalq "Investors In People" İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

İKT 2019-03-18 17:55:00