×
A
A
A
Sazlamalar

Cüdo üzrə Monteneqro yığmasının Bakıda keçiriləcək “Böyük dəbilqə” üçün heyəti açıqlanıb

Bakı, 18 mart, AZƏRTAC

Cüdo üzrə Monteneqro yığmasının mayın 10-12-də Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak edəcək heyəti açıqlanıb.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, Nonteneqro yığması Bakı tatamisində 3 kişi cüdoçu ilə mübarizə aparacaq.
Nikola Gardasevic (73 kq), Nebojsa Gardasevic (81 kq) və Danilo Pantic (100 kq) “Böyük dəbilqə”də Monteneqronu təmsil edəcəklər.
Bakıda keçiriləcək “Böyük dəbilqə” turnirində 12 ölkə iştirakını artıq təsdiqləyib.

İdman 2019-03-18 17:46:00