×
A
A
A
Sazlamalar

Kreditlərin 97,3 faizi banklar tərəfindən verilib

Bakı, 18 mart, AZƏRTAC
Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 884,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ümumi kredit portfelinin 10 milyard 302,4 milyon manatı və ya 80 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 569,4 milyon manat olub və ümumi kredit portfelinin 12,2 faizini təşkil edib.

Maliyyə 2019-03-18 17:38:00