Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Moskva sirkinin ağ pələngləri Bakıda

Bakı, 18 mart, AZƏRTAC 

Novruz bayramı günlərində paytaxt sakinlərini və balaca tamaşaçıları sevindirmək üçün Moskva Dövlət Sirki Bakıya qastrol səfərinə gəlib.
AZƏRTAC xəbər verir ki, 15 gün davam edəcək proqramlara akrobatlar, janqlyorlar, heyvan məşqçiləri, tarazlıq ustaları, klounlar və digər nömrələr daxildir.
Martın sonunadək davam edəcək “Talisman” adlı sirk-şou həyəcanverici və təbəssüm gətirən rəngarəng nömrələrlə zəngindir. Nömrələr arası tamaşaçıları klounlar Kiril Toldonov və İqor Solovyev əyləndirəcək. Onlar yeddi il əvvəl Bakıda olublar. Söylədiklərinə görə, Bakı şəhəri çox dəyişib və gözəlləşib. Ancaq proqramın əsas nömrəsi dünyada çox az sayda qalan ağ pələnglərdir.
Qeyd edək ki, Moskva Dövlət Sirkinin 500-dən çox işçisi var. Hər mövsüm sirk yeni proqramla çıxış edir. Sirkin çıxışları sırasında “Yeni sirkin alovları”, “Moskva dostları qarşılayır”, “Bu gün sirkdə festival var”, “Rus qışı”, “Kosmik uçuş” var. Öz fəaliyyəti boyu sirk 100-dən artıq proqramla çıxış edib.
Biletləri sirkin kassalarından əldə etmək olar.

Mədəniyyət 2019-03-18 17:21:00