×
A
A
A
Sazlamalar

Dənizkənarı Bulvar İdarəsi bayram tədbirinə hazırlaşır

Bakı, 18 mart, AZƏRTAC

Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı və əyləncəli şou proqramlarla zəngin Novruz şənliyinə dəvət edir.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dənizkənarı Bulvar İdarəsi martın 21-dən “Doğma Bulvarda Novruz” adlı bayram tədbirinə başlayacaq.
Kukla Teatrının arxasında yerləşən meydanda dörd gün ərzində əsl Novruz ab-havası yaşanacaq. Meydanda artıq bayram çadırları, milli oyunlar və animasiya üçün meydança qurulub. Meydandakı böyük səhnədə rəngarəng rəqs və musiqi proqramları təqdim olunacaq. Bayram günlərində Nağara şou və müxtəlif mövzularla ustad dərsləri təşkil olunacaq. Alovla şou nümayiş etdiriləcək. Xüsusilə uşaqlar üçün maraqlı proqramlar nəzərdə tutulur, balacaların sevimli cizgi filminin qəhrəmanları ilə görüşləri, açıq meydanda gün ərzində bir neçə dəfə uşaq nağıllarından ibarət tamaşalara baxmaq, kukla teatrı tamaşalarını izləmək imkanı olacaq. Bayram tədbirində paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər gözləyir.
Bayram tədbiri martın 24-dək davam edəcək.

Mədəniyyət 2019-03-18 17:17:00