×
A
A
A
Sazlamalar

Elimizə bahar gəlir...

Bakı, 18 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 24 nömrəli 11 illik Musiqi Məktəbində Novruz bayramına həsr olunmuş “Elimizə bahar gəlir” adlı konsert keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, konsertdə məktəbin rəhbərliyi, müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.
Konserti “İnci” instrumental ansamblı Vaqif Mustafazadənin “Mart” əsəri ilə açıb. Tədbirdə xalq musiqisi ilə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.
Sonda məktəbin direktoru Samirə İsayeva bayram münasibətilə iştirakçıları təbrik edərək tədbirlərdə fəal iştiraklarına görə Xalq çalğı alətləri və “İnci” instrumental ansambllarının üzvlərinə, həmçinin solistlərə fəxri fərmanlar təqdim edib.

 

Mədəniyyət 2019-03-18 16:50:00