×
A
A
A
Sazlamalar

Meteorologiya sahəsində təhsil alan gənc mütəxəssislərə ehtiyac var

Bakı, 18 mart, AZƏRTAC
Bu gün hidrometeoroloji xidmətdə müasir texnologiyaların tətbiqi istiqamətində işlər aparılır. Lakin meteorologiya sahəsində gənc mütəxəssislərə ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova martın 18-də keçirilən mətbuat konfransında deyib.
Mətbuat katibi deyib: “Meteorologiya sahəsində təhsil alan gəncləri bu sahəyə maraq göstərməyə çağırırıq və onları bizim hidrometeoroloqlar arasında görmək istərdik”.

Ekologiya 2019-03-18 16:47:00