Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Beyləqanda Novruz tonqalı alovlandırılıb

Beyləqan, 18 mart, AZƏRTAC

Elimizin ən gözəl bayramı olan Novruzun gəlişi qədim Beyləqanda böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, belə şənliklərdən biri də şəhərin mərkəzində təşkil olunub.
Beyləqan şəhərinin bayramsayağı bəzədilmiş mərkəzi meydanında xonçalar və səmənilər düzülüb. Mərasimdə ayrı-ayrı kəndləri təmsil edən guşələrdə milli adətlərimiz, folklorumuz, şirniyyatlar, xalq tətbiqi sənəti nümunələri nümayiş etdirilib. Meydanda tonqal qalanıb, gənc idmançılar, kəndirbazlar məharətlərini göstərib.
Dədə Qorqud və Bahar qızı beyləqanlıları Novruz bayramı münasibətilə təbrik edib, xalqımıza sülh, əmin-amanlıq, bol ruzi arzulayıb. Bayramın əsas personajlarından olan Kosa və Keçəlin məzhəkələri, rəngarəng konsert proqramı tamaşaçılara xoş ovqat bəxş edib.

Regionlar 2019-03-18 16:19:00