×
A
A
A
Sazlamalar

Çinin "Vitwo" jurnalının Azərbaycana həsr edilən xüsusi buraxılışı çap olunub

Pekin, 18 mart, AZƏRTAC

Çində ingilis və Çin dillərində nəşr edilən "Vitwo" jurnalının Azərbaycana həsr edilən xüsusi buraxılışı çap olunub.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Çindəki səfirliyinin təqdim etdiyi materiallar əsasında hazırlanan "İnvest in Azerbaijan" adlı xüsusi buraxılışda Azərbaycan haqqında ümumi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əldə olunan uğurlar, iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, infrastruktur, turizm istiqamətlərində investisiya mühiti barədə məlumatlar əksini tapıb.
Nəşrdə iqtisadiyyatın müxtəlif sahələri ilə əlaqədar investisiya imkanları və onun hüquqi aspektlərinə dair ətraflı informasiya verilib.
Üç min tirajla çap olunan xüsusi buraxılışın nüsxələri Çinin aidiyyəti dövlət qurumlarına, şirkətlərə, ali təhsil ocaqlarına və tədqiqat mərkəzlərinə, kütləvi informasiya vasitələrinə göndərilib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

İqtisadiyyat 2019-03-18 15:59:00