Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

"ASAN xidmət” və “ASAN Kommunal” bayram günlərindən sonra martın 25-də fəaliyyətə başlayacaq

Bakı, 18 mart, AZƏRTAC

Novruz bayramı ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində martın 20-dən martın 24-dək qeyri-iş günü olacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat veriblər.
Martın 25-dən etibarən isə müvafiq xidmətlərdən yararlanmaq üçün mərkəzlərə müraciət etmək olar.
Qeyd edək ki, vətəndaşlar iş qrafiki, göstərilən xidmətlərlə əlaqədar ətraflı məlumatı 108 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.

 

Sosial 2019-03-18 15:50:00