Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çanaqqalada Troya Muzeyinin açılışı olub

İstanbul, 18 mart, AZƏRTAC

Türkiyənin Çanaqqala şəhərinin mərkəzi hissəsinə bağlı Tevfikiye kəndində yerləşən, 5 min illik tarixə sahib “Qədim Troya şəhəri”ndə Troya muzeyinin açılışı olub. Muzey 75 milyon liraya başa gəlib.
AZƏRTAC xəbər verir ki, hər il 500 mindən çox turistin gəldiyi “Qədim Troya şəhəri”ndə yaradılan muzeyin hazırlanma işlərinə 2014-cü ildən başlanılıb. Ötən ilin oktyabr ayından etibarən ziyarətçi qəbul edən muzeyin rəsmi açılışı üçün Arxeoloji Muzeydən bura tarixi əsərlərin gətirilməsi işləri tamamlanıb. Muzey 12 min 750 kvadratmetrlik bağlı sahədə yaradılıb. Bura 3 min kvadratmetrlik sərgi salonları da daxildir. Muzeyin açılış mərasimində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.

Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Mədəniyyət 2019-03-18 15:43:00