Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İki ayda dövlət büdcəsinin gəlirləri 3 milyard manatdan çox olub

Bakı, 18 mart, AZƏRTAC

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-fevral aylarında dövlət büdcəsinin gəlirləri 3 milyard 532,9 milyon manat, xərcləri isə 2 milyard 954,8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, büdcənin icrasında 578,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 5 faizi qədər profisit yaranıb.

Maliyyə 2019-03-18 15:28:00