×
A
A
A
Sazlamalar

“Porto” İlker Kasilyasla müqaviləni uzatmaq niyyətindədir

Bakı, 18 mart, AZƏRTAC
Portuqaliyanın “Porto” futbol klubu qapıçısı İlker Kasilyasla müqaviləni uzatmağa hazırlaşır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 37 yaşlı ispaniyalı qapıçı ilə yeni müqavilə 2020-ci ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Kasilyas 2015-ci ildən Portuqaliya klubunda çıxış edir. İspaniyalı qapıçının hazırkı müqaviləsi bu ilin yayında başa çatır. O, cari mövsümdə “Porto”nun heyətində 35 oyun keçirib.

İdman 2019-03-18 15:23:00