×
A
A
A
Sazlamalar

Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Litva yığması itki ilə üzləşib

Bakı, 18 mart, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisi ilə yoldaşlıq görüşü keçirəcək Litva yığması itki ilə üzləşib.
AZƏRTAC xəbər verir ki, “Trakay”ın müdafiəçisi Valdemar Borovski “Jalgiris”lə matçda zədələnib. Litva yığmasının məşqçilər korpusu futbolçunun adını Azərbaycan ilə keçiriləcək oyun üçün açıqlanmış sıyahıdan çıxarıb. Onun əvəzinə yığmaya “Kauno Jalgiris”in üzvü Egidius Vaytkunas dəvət olunub.
Qeyd edək ki, Azərbaycan-Litva oyunu martın 25-də “Bakcell Arena”da keçiriləcək.

 

İdman 2019-03-18 15:06:00