×
A
A
A
Sazlamalar

“Baku Open” beynəlxalq karate turniri başa çatıb

Bakı, 18 mart, AZƏRTAC

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən “Baku Open” beynəlxalq karate turnirinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə aşağı yaşlı karateçilər arasında qaliblər müəyyənləşib. Altı-yeddi yaşlı idmançıların kata yarışlarında oğlanlar arasında Azərbaycan təmsilçiləri Elməddin Səlimli, qızların mübarizəsində Elnura Əzimzadə, 8-9 yaşlılarda müvafiq olaraq Məhəmməd Quliyev oğlanlar və Aişə Əlirzayeva fərqləniblər.
Eləcə də 8-9 yaşlı karateçilərin kumite yarışlarında oğlanların mübarizəsində karateçilərimiz Seyidəli Fəttahlı (23 kq), Nicat Müslümov (28 kq), Uğur Səmədli (33 kq), Nuran Hacızadə (38 kq), Rafael Zeynalov (+38 kq) qalib olublar. Qızlar arasında isə Şəhanə Göyüşlü (25 kq), Nailə Məmmədli (30 kq), Zəhra Məmmədova (35 kq), Mədinə Kazımova (+35 kq) çempion olublar.
Çempionatda 10-11 yaşlı karateçilərin yarışlarında isə Azərbaycan idmançıları Kamal Dadaşov (30 kq), Royal Həşimov (35 kq), Ayxan Ağamirzəyev (40 kq), Cahangir Qayıbov (45 kq) və Gürcüstan təmsilçisi Nikolaz Gigauri (+45 kq) qızıl medal qazanıblar.
Martın 14-dən 17-dək keçirilən “Baku Open” beynəlxalq karate turnirində 14 ölkədən 1200-dən çox idmançı iştirak edib.

İdman 2019-03-18 14:41:00