Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İki ayda qida məhsullarının istehsalı 23,2 faiz artıb

Bakı, 18 mart, AZƏRTAC

Ötən ilin yanvar-fevral ayları ilə müqayisədə içki istehsalında 63,4 faiz, qida məhsullarının istehsalında 23,2 faiz artım, tütün məmulatlarının istehsalında isə 32,1 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 12 dəfə, duru bitki yağlarının istehsalı 26,5 faiz, cem və marmeladların istehsalı 5,8 faiz, araq istehsalı 7,8 dəfə, alkoqolsuz içkilərin istehsalı 36 faiz artıb.

 

İqtisadiyyat 2019-03-18 14:16:00