×
A
A
A
Sazlamalar

Kümçülər Qax Damazlıq İpəkçilik Stansiyasında təlimlərə cəlb olunublar

Bakı, 18 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında kümçülərə təlim keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təlimə Qax, Şəki, Zaqatala, Balakən və Ağdam rayonlarından gəlmiş kümçülər cəlb olunub. “Tut ipəkqurdunun aqrotexniki qaydalara uyğun bəslənilməsinin təşkili” mövzusunda təlimləri Azərbaycan Dövlət Aqrar Universitetinin və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları keçiblər.
Kümçülərə ipəkqurdunun saxlanılma və yemlənmə şəraiti, bəslənilməsi, zərərvericilər və xəstəliklərə qarşı mübarizə tədbirləri barədə məlumat verilib. Təqdimatlardan sonra mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Regionlar 2019-03-18 14:09:00