×
A
A
A
Sazlamalar

Gömrük Komitəsi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Bakı, 18 mart, AZƏRTAC

Dövlət Gömrük Komitəsi Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.
Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində gömrük sərhədindən keçirilən malların operativ şəkildə rəsmiləşdirilməsi, vətəndaşların, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə gömrük-sərhəd keçid məntəqələri və Komitənin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

İqtisadiyyat 2019-03-18 13:55:00