×
A
A
A
Sazlamalar

Gömrükçülər 900 mindən çox pirotexniki vasitə aşkarlayıb

Bakı, 18 mart, AZƏRTAC

Gömrükçülər 900 mindən çox pirotexniki vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinin keçirdiyi tədbirlər nəticəsində “Mercedes-Benz 408” markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912 min 989 ədəd pirotexniki vasitə aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-03-18 13:32:00