×
A
A
A
Sazlamalar

Sərbəst güləş üzrə Rusiya millisi dünya kuboku yarışlarının qalibi olub

Bakı, 18 mart, AZƏRTAC

Sərbəst güləş üzrə Rusiya millisi dünya kuboku yarışlarının qalibi olub.
AZƏRTAC xəbər verir ki, Yakutskda təşkil olunan yarışın finalında Rusiya və İran güləşçiləri üz-üzə gəliblər. Rəqibinə 9:1 hesabı ilə qalib gələn Rusiya dünya kuboku yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Üçüncü yer uğrunda görüşdə ABŞ millisi Yaponiyanı 6:4 hesabı ilə məğlub edib.
Qeyd edək ki, sonuncu dəfə Rusiya millisi 2011-ci ildə dünya kuboku yarışlarının qalibi olub.

İdman 2019-03-18 13:19:00