×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda avtomobildən oğurluq edən şəxsin digər cinayət əməlləri də üzə çıxıb

Bakı, 18 mart, AZƏRTAC 

Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Babayev “Mercedes” markalı avtomobilindən mobil telefonunun oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Quliyev müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin də aşkar edilib.
Polis əməkdaşları tərəfindən saxlanılan şəxsin silah gizlətməsi də müəyyən olunub. Onun Əhmədli qəsəbəsində yaşadığı evin yaxınlığında gizlətdiyi “TT” markalı tapança aşkarlanaraq götürülüb.

Hadisə 2019-03-18 12:59:00