×
A
A
A
Sazlamalar

İsrailin “Kanal 9” televiziyası Azərbaycan startapları və innovasiya ekosistemi barədə reportaj hazırlayıb

Bakı, 18 mart, AZƏRTAC

İsrailin “Kanal 9” televiziyası Azərbaycan startapları və innovasiya ekosistemi barədə reportaj təqdim edib.
AZƏRTAC Yüksək Texnologiyalar Parkına istinadla xəbər verir ki, reportaj Azərbaycan startapları və innovasiya ekosisteminin nümayəndələrinin “İsrail İnnovasiya Mübadilə Proqramı” çərçivəsində Qüds şəhərində keçirilən “2019 OurCrowd Global Investors Summit” konfransında iştirakına həsr olunub. “2019 OurCrowd Global Investors Summit” konfransı “İsrail İnnovasiya Mübadilə Proqramı” çərçivəsində keçirilib.
Reportajda Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimlinin İsrailin “Kanal 9” televiziyasına müsahibəsi yer alıb.
Azərbaycanın konfransa böyük nümayəndə heyəti ilə qatıldığını qeyd edən Yüksək Texnologiyalar Parkının direktoru bildirib ki, konfrans zamanı dünyanın müxtəlif ölkələrindən olan startaplar, investorlar, aparıcı inkubasiya və akselerasiya mərkəzləri və vençur fondları ilə görüşlər keçirilib. T.Kərimli Yüksək Texnologiyalar Parkının fəaliyyəti barədə danışıb və azərbaycanlı startapçıların konfransda təqdim etdiyi startap layihələri barədə ətraflı məlumat verib.

İKT 2019-03-18 12:58:00