×
A
A
A
Sazlamalar

Dibçəkdə çətənə şitilləri əkən Lənkəran sakini cinayət məsuliyyətinə cəlb olunub

Bakı, 18 mart, AZƏRTAC 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Lənkəran rayonunun Veravul kəndi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində kənd sakini E.Əzimov saxlanılıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan marixuana və kibrit qutusunda qablaşdırdığı 24 ədəd çətənə toxumu aşkarlanaraq götürülüb.
Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə isə əlavə olaraq 1,3 kiloqramdan artıq marixuana və 2 dibçəkdə çətənə şitilləri götürülüb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-03-18 12:57:00