×
A
A
A
Sazlamalar

Millimizin rəqibi Serbiya ilə yoldaşlıq oyunlarında gücünü sınayıb

Bakı, 18 mart, AZƏRTAC
On doqquz yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsində yığmamızla qarşılaşacaq Sloveniya millisi iki yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Serbiyadan olan həmyaşıdları ilə ilk dueldən 6:0 hesabı ilə qalib ayrılan rəqibimiz ikinci oyunda məğlubiyyətlə üzləşib. Bu dəfə serblər 8:4 hesabı ilə qələbə qazanıblar.

İdman 2019-03-18 12:50:00