Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Muxtar respublikada idmançılar tibbi müayinədən keçiriliblər

Naxçıvan, 18 mart, AZƏRTAC

Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları idmançılarının Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Səhiyyə nazirliklərinin birgə təşkilatçılığı ilə Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilməsi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, muxtar respublikanın Güləş, Boks federasiyalarının və Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən “Xatun” Bədii Gimnastika İdman Klubunun 76 idmançısı koordiorevmatoloq, nevropatoloq, uroloq, lor, dəri zöhrəvi və pediatr nəzarəti altında tibbi müayinədən keçib.
İdmançıların müayinədən keçirilməsi Ordubad, Culfa, Babək və Şərur rayonlarında da təşkil olunub.

 

Regionlar 2019-03-18 12:47:00