×
A
A
A
Sazlamalar

Sabunçu rayonunda məktəblilər arasında bilik yarışı keçirilib

Bakı, 18 mart, AZƏRTAC 

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Sabunçu rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Bilgəh qəsəbəsindəki 142 saylı tam orta məktəbin akt zalında Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin məktəbləri arasında Novruz bayramına həsr olunmuş bilik yarışı keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, yarışın məqsədi şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə, istedadlı məktəblilərin üzə çıxarılmasına, onların milli-mənəvi dəyərlər və Azərbaycan tarixi haqqında daha geniş biliklərə sahib olmasına töhfə verməkdir.
Bilik yarışının açılışında çıxış edən BŞGİBİ-nin gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov belə müsabiqələrin şagirdlərin inkişafında, dünyagörüşünün artırılmasında, eləcə də ölkəmizlə bağlı biliklərə yiyələnmələrində önəmini vurğulayıb.
On iki məktəbin təmsil olunduğu yarışda 142, 108 və 255 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq layiq görülüblər.
Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Sosial 2019-03-18 12:20:00