×
A
A
A
Sazlamalar

Səudiyyəli nazir: Qlobal neft tədarükünün səviyyəsini normallaşdırmaq əsas məqsədlərdəndir

Bakı, 18 mart, AZƏRTAC

Qlobal neft tədarükünün səviyyəsini normallaşdırmaq əsas məqsədlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih martın 18-də Bakıda keçirilən OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında deyib.
O bildirib ki, ötən il qlobal neft bazarında balansın formalaşdırılması üçün mühüm addımlar atıldı. Bu gün neftin qiymətinin məqbul səviyyədə olması OPEC və OPEC+ formatında əməkdaşlığının bəhrəsidir.
"Bugünkü iclasın neftin vətənində, Bakıda keçirilməsi çox əlamətdardır. Hazırda Azərbaycan OPEC+ formatında əməkdaşlığın fəal iştirakçısıdır", - deyə nazir vurğulayıb.

Neft - qaz 2019-03-18 12:22:00