Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Göyçay: Novruz yarmarkasında məhsullar bazar qiymətlərindən 15-20 faiz ucuz satılır

Göyçay, 18 mart, AZƏRTAC 

Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsindəki “Təzə Bazar” adlanan ərazidə Novruz yarmarkası fəaliyyət göstərir. Martın 2-dən etibarən hər həftənin şənbə və bazar günləri, 16-dan isə hər gün fəaliyyət göstərən bayram yarmarkasında satışa çıxarılan məhsullar həm keyfiyyəti, həm də ucuzluğu ilə sakinləri razı salır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Novruz yarmarkasına kəndli fermer təsərrüfatları və sahibkarlar tərəfindən hər gün 65 tondan çox müxtəlif növ məhsullar, o cümlədən ət, süd, yağ, yumurta, meyvə-tərəvəz və sair çıxarılır.
Satışa çıxarılan məhsullar alıcılara bazar qiymətindən 15-20 faiz aşağı təklif olunur.

 

Regionlar 2019-03-18 12:13:00