Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dövlət Avtomobil Nəqliyyatı Xidməti gücləndirilmiş iş rejimində çalışır

Bakı, 18 mart, Elvin Camalov, AZƏRTAC

Azərbaycanın 62 avtovağzal və avtostansiya kompleksində martın 30-na qədər gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) AZƏRTAC-a bildirilib ki, bu qərar Novruz bayramını regionlarımızda ayın sonuna qədər qeyd etmək istəyən sərnişinlərin rahatlığının təmin olunması üçün nəzərdə tutulub və regionlardan paytaxta ediləcək səfərlərə şamil olunacaq.
DANX sərnişinlərə biletləri əvvəlcədən kassalardan əldə etməyi tövsiyə edir. Vətəndaşlardan bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlər etməmələri xahiş olunur.

Nəqliyyat 2019-03-18 11:57:00