Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İsmayıllıda bayram yarmarkası açılıb

İsmayıllı, 18 mart, AZƏRTAC 

İsmayıllı şəhərinin “Yaşıl bazar” kompleksində Novruz bayramı münasibətilə satış yarmarka təşkil olunub. Yarmarkada fermerlər, İvanovkadakı M.Nikitin adına kolxoz və ərazidə yaşayan fərdi təsərrüfat sahibləri iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, alıcılara ət, ağartı məhsulları, qoz-fındıq, şabalıd, kartof-soğan və digər məhsullar təklif olunur. Qiymətlər bazardakından 12-15 faiz ucuzdur.
Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkada yerli icra nümayəndəlikləri və bələdiyyələr fəal iştirak edirlər.
Bayram yarmarkası martın 21-dək davam edəcək.

Regionlar 2019-03-18 11:55:00