×
A
A
A
Sazlamalar

Azərbaycan Turizm və Menecment Universitetində əlaçı tələbələr mükafatlandırılıb

Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2018/2019-cu tədris ili üzrə qış imtahan sessiyasını uğurla başa vuran tələbələrlə görüş keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, rektor İlham Mədətov turizm və qonaqpərvərlik fakültəsinin tələbələrinin qış imtahan sessiyasını uğurla başa vurduqlarını yüksək dəyərləndirib. Qeyd edib ki, turizm üzrə gələcəyin mütəxəssisləri müəllim və valideynlərinin əməyini itirməyib, təhsildə müəyyən uğurlara imza atıblar. Onlar gələcəkdə bu sahənin peşəkarı kimi ölkədə turizmin inkişafına öz töhfələrini verəcəklər.
Rektor tələbələrin təhsil sahəsindəki uğurlarını nəzərə alaraq onları təşəkkürnamə ilə mükafatlandırıb.
Görüşdə ali təhsil müəssisəsinin fəaliyyətini şərtləndirən keyfiyyət göstəricilərinə nail olunmasından, son illərdə əldə edilən nailiyyətlərdən söz açılıb. Həmçinin qarşıdakı illərdə yüksək təhsil nəticələrinin qazanılması istiqamətində planlaşdırılan vəzifələrə dair geniş fikir mübadiləsi aparılıb.

Elm və təhsil 2019-03-18 11:35:00