Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurum rəhbərləri vətəndaş qəbulunu davam etdirir

Bakı, 18 mart, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) vətəndaşların müraciətlərinin operativ cavablandırılması, dərhal hüquqi yardım göstərilməsi, qanunvericilik prosedurlarının izah edilməsi məsələlərinə xüsusi diqqətlə yanaşır.
Komitədən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə ƏMDK–nın yerli qurum rəhbərlərinin regionlarda mütəmadi olaraq vətəndaş qəbulları keçirilir.
Belə qəbulların keçirilməsində əsas məqsəd bölgələrdə vətəndaşların müraciətlərinə daha səmərəli baxılması, onların həlli istiqamətində optimal qərarların verilməsi və vətəndaş məmnunluğunun təmin edilməsidir. Qəbula yazılmaq istəyən vətəndaşlar aprel ayının qəbul qrafiki və keçiriləcəyi ünvanlarla bağlı ətraflı məlumat əldə etmək üçün “emdk.gov.az” saytında “Qəbul qrafiki” bölməsinə daxil ola bilərlər.
Qeyd olunan keçiddən istifadə edərək “Qəbul qrafiki” cədvəli ilə tanış olmaq mümkündür: https://bit.ly/2u6rQjJ

İqtisadiyyat 2019-03-18 11:19:00