×
A
A
A
Sazlamalar

Edqar Şahbazov: Cənub bölgəsi ilə tanışlıq böyük marağımıza səbəb oldu

Lənkəran, 18 mart, Bağır Əliyev, AZƏRTAC

Ölkəmizin cənub bölgəsinin tarix və mədəniyyət abidələri, sosial-iqtisadi inkişafı və görməli yerləri ilə tanışlıq böyük marağımıza səbəb oldu. Dördgünlük ekskursiyadan sonra Qusara zəngin təəssüratlarla qayıdırıq.
Bu sözləri “Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş tur-aksiya çərçivəsində martın 15-18-də cənub bölgəsinə səyahət edən Qusar şəhər 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Edqar Şahbazov AZƏRTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində bildirib.
E.Şahbazov deyib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başladı, Astara və Masallı rayonlarında davam etdi. Bölgələrlə tanışlıq zamanı biz məktəblilər ölkəmizi daha yaxından tanıyır, dərslərdən öyrəndiklərimizlə əyani tanış oluruq. Biz bölgənin tarix və mədəniyyət abidələri, təbiəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaqla yanaşı, asudə vaxtlarda müxtəlif əyləncəli proqramlarda da iştirak etdik. Bizə belə şərait yaratdıqlarına görə tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm.”

Regionlar 2019-03-18 10:25:00