×
A
A
A
Sazlamalar

Fevralda poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində dəyişiklik müşahidə olunmayıb

Bakı, 18 mart, AZƏRTAC

2019-cu ilin fevral ayında nəqliyyat xidmətlərinin qiymətləri əvvəlki ayla müqayisədə 1,1 faiz, o cümlədən yükdaşıma xidmətlərinin qiymətləri 1,3 faiz bahalaşıb, sərnişindaşıma xidmətlərinin qiymətləri isə 0,2 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.

İKT 2019-03-18 06:11:00