×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: "Barselona" böyük hesabla "Real Betis"ə qalib gəlib

Bakı, 18 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 17-də İspaniya La Liqasında 28-ci turun mərkəzi oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun maraq doğuran oyunu "Benito Villamarin" stadionunda baş tutub. Turnir cədvəlinin hazırkı lideri "Barselona" səfərdə "Real Betis" komandasının qonağı olub. Görüş kataloniyalıların 1:4 hesablı qələbəsi ilə başa çatıb. "Barselona"nın heyətində Lionel Messi (18, 45, 85) het-triklə yadda qalıb digər bir qolu Luis Suares (63) vurub.
Meydan sahiblərinin təsəlli qoluna isə 82-ci dəqiqədə Loren Moron imza atıb.
Bu qələbə sayəsində "Barselona" turnir cədvəlində 66 xalla liderliyini davam edir, "Real Betis" isə 39 xalla 8-ci yerdə qərarlaşıb.
İyirmi səkkizinci turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
"Real Sosyedad"-"Levante" - 1:1;
"Hueska"-"Deportivo Alaves" - 1:3;
"Real Madrid"-"Selta Viqo" - 2:0;
"Atletik Bilbao"-"Atletiko Madrid" - 2:0;
"Leganes"-"Girona" - 0:2;
"Eybar"-"Real Valladolid" - 1:2;
"Espanyol"-"Sevilya" - 0:1;
"Valensiya"-"Getafe" - 0:0;
"Villareal"-"Rayo Vallekano" - 3:1.

İdman 2019-03-18 03:19:00