×
A
A
A
Sazlamalar

Türkiyə Superliqası: “Qalatasaray” səfərdə “Bursaspor”u məğlub edib

Bakı, 18 mart, AZƏRTAC

Martın 17-də futbol üzrə Türkiyə Superliqasının XXVI turunun son oyunu keçirilib. İstanbulun “Qalatasaray” klubu səfərdə “Bursaspor”la qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Bursa Böyükşəhər” stadionunda baş tutan oyun gərgin hücumlarla yada qalıb. Görüşdə hesabı 16-cı dəqiqədə meydan sahiblərinin hücumçusu Diafra Sako açıb – 1:0. 42-ci dəqiqədə isə Henri Saivetin qolu sayəsində “Bursaspor” hesabdakı fərqi artırıb – 2:0. Lakin qonaqlar 45-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb. Badou Ndiaye vurduğu qolla hesabı minimuma endirib. Birinci hissə 2:1 hesabı ilə bitib.
İkinci hissədə Mbaye Diaqne 56-cı dəqiqədə onbir metrlik cərimə zərbəsi ilə hesabı bərabərləşdirib. Sofiane Feqouli isə İstanbul təmsiçisinin qələbə qolunu vurub. Beləliklə qarşılaşma 2:3 hesabı ilə “Qalatasaray”ın qələbəsi ilə bitib. Bu qələbədən sonra “Qalatasaray” 52 xalla 2-ci pillədə qərarlaşıb.

İdman 2019-03-18 02:29:00