×
A
A
A
Sazlamalar

Gömrük Komitəsi iki ayda dövlət büdcəsinə 665 milyon manatdan çox vəsait köçürüb

Bakı, 18 mart, AZƏRTAC

2019-cu ilin yanvar-fevral ayında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 665 milyon 678 min manat təşkil edib.
Komitədən AZƏRTAC-a bildirilib ki, bu dövrdə gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 148 milyon 644 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 481 milyon 691 min manat, aksizlər üzrə 28 milyon 910 min manat, yol vergisi üzrə isə 6 milyon 431 min manat olub.

İqtisadiyyat 2019-03-18 02:12:00