×
A
A
A
Sazlamalar

Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə start verilib

Bakı, 17 mart, AZƏRTAC
Azərbyacan Texniki Universitetinin İdman Sarayında əməkdar məşqçi Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton üzrə 2004-2009 təvəllüdlü oğlanlar və qızlar arasında "Təhsil" Respublika İdman Mərkəzinin açıq birinciliyinə start verilib.
Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Federasiyanın dəstəyi ilə keçirilən turnirdə ümumilikdə 8 komanda 3 yaş qrupu (2004-2005, 2006-2007, 2008-2009) üzrə yarışır.
Yarışlarda 120-dən çox badmintonçu 5 kateqoriya üzrə mübarizə aparacaq. Turnerin finalları martın 19-da keçiriləcək. Qalib idmançılar müvafiq dərəcəli diplom, kubok və medallarla təltif olunacaq.

İdman 2019-03-17 22:27:00