×
A
A
A
Sazlamalar

İtaliya A Seriyası: “Yuventus” bu mövsümdə ilk dəfə məğlubiyyətə uğrayıb

Bakı, 17 mart, Nicat Məmmədov, AZƏRTAC
Bu gün İtaliya A Seriyasının 28-ci turunun növbəti oyununda turnir cədvəlinin hazırkı lideri “Yuventus” 12-ci yerdə qərarlaşan “Genoa” komandasının qonağı olub.
AZƏRTAC xəbər verir ki, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 72-ci dəqiqədə Stefano Sturaro və 81-ci dəqiqədə Qoran Pandev vurublar.
Beləliklə, Turin təmsilçisi cari mövsümdə ilk məğlubiyyətə uğrayıb.
Xatırladaq ki, “Yuventus” 75 xalla turnir cədvəlində birinci yeri tutur. Bu məğlubiyyətə baxmayaraq, turinlilər ən yaxın izləyicisi “Napoli”dən 18 xal irəlidədir. Neapollular liderə nisbətən bir oyun az keçirib. Karlo Ançeslottinin yetirmələri bu gün saat 21:00-da öz meydanında “Udineze” ilə qarşılaşacaq.
Tura “Milan” – “İnter” oyunu ilə yekun vurulacaq. Milan derbisi saat 23:30-da başlayacaq.

İdman 2019-03-17 19:11:00