×
A
A
A
Sazlamalar

Avstraliya gimnastı Bakıda qızıl medal qazanıb

Bakı, 17 mart, AZƏRTAC
Avstraliya təmsilçisi Emma Nedova Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qadınların gimnastika tiri yarışlarında proqramını icra edərək hakimlərdən 14,100 xal alan E.Nedova bütün rəqiblərini qabaqlayıb. Fransa təmsilçisi Marine Boyerin hesabında da eyni xal olub və hakimlərin qərarı o, yarışı ikinci pillədə başa vurub. İlk üçlüyü Yaponiya gimnastı Mana Oquçi 13,200 xalla qapayıb.
Azərbaycan təmsilçisi Marina Nekrasova 11,366 xalla dünya kuboku yarışlarında yeddinci olub.
Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku yarışlarında 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

İdman 2019-03-17 14:00:00