×
A
A
A
Sazlamalar

Bu gün futbol üzrə İtaliya çempionatında Milan derbisi oynanılacaq

Bakı, 17 mart, AZƏRTAC

Martın 17-də futbol üzrə İtaliya çempionatının XXVIII turunun növbəti oyununda “Milan” və “İnter” komandaları qarşılaşacaqlar.
AZƏRTAC xəbər verir ki, daim gərgin idman mübarizəsi şəraitində keçən və böyük maraq doğuran Milan derbisi 173-cü dəfə baş tutacaq. Bu matçların 65-də “İnter”, 53-də isə “Milan” qalib gəlib. Bundan başqa, 54 görüş heç-heçə nəticələnib.
“Della Madonnina” adlanan Milan derbilərinin sonuncusunda “İnter” klubu qalib gəlmişdi – 1:0.
Bu oyun üçün satışa çıxarılan 82 min 995 biletin hamısı artıq satılıb.

İdman 2019-03-17 13:38:00