×
A
A
A
Sazlamalar

Andrey Lixovitski: Bakıda keçirilən yarışlar yüksək təşkilatçılıq səviyyəsi ilə fərqlənir

Bakı, 17 mart, AZƏRTAC
Dünya kuboku yarışlarının finalına üç alət üzrə yüksəlmək istəyirdim. Ancaq iki alət üzrə finala yüksəldim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarında iştirak edən Belarus idmançısı Andrey Lixovitski deyib.
Gimnast bildirib ki, Bakıda keçirilən yarışlar yüksək təşkilatçılıq səviyyəsi ilə fərqlənir. Artıq ikinci dəfədir ki, dünya kuboku yarışlarında iştirak etmək üçün paytaxtınıza gəlirəm. Həmçinin 2015-ci ildə ilk Avropa Oyunlarında da çıxış etmişəm. Azərbaycan xalqı qonaqpərvərdir. Milli Gimnastika Arenası möhtəşəmdir və azarkeşlərdən çox razıyam”.
Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku yarışlarında 41 ölkədən 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

İdman 2019-03-17 13:34:00