×
A
A
A
Sazlamalar

Qusarlı məktəbli: Bölgələrə səyahət biz şagirdlərə Azərbaycanımızı daha yaxından tanımaq üçün imkan yaradır

Lənkəran, 17 mart, Bağır Əliyev, AZƏRTAC
Bölgələrə səyahət biz şagirdlərə Azərbaycanımızı daha yaxından tanımaq üçün imkan yaradır.
Bu sözləri Qusar şəhər 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Mədinə Yüzbəyova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
M.Yüzbəyova deyib: “Cənub bölgəsi ilə tanışlığımız Lənkərandan başladı. İki gün müddətində Lənkəranın gözəl təbiəti, sosial-iqtisadi inkişafı, tarix və mədəniyyət abidələri ilə tanış olduq. Təəssüratımız olduqca zəngindir.
Tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır, səfər zamanı şagirdlər və müəllimlər təcrübə mübadiləsi etmək imkanı da əldə edirlər. Bu səfər məndə heç vaxt unutmayacağım təəssüratlar yaratdı”.

Regionlar 2019-03-17 11:18:00