×
A
A
A
Sazlamalar

Braziliyalı futbolçu Tyaqo Silva Fransa vətəndaşlığı alıb

Bakı, 17 mart, AZƏRTAC
PSJ klubunun braziliyalı müdafiəçisi Tyaqo Silva Fransa vətəndaşlığı alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tyaqo Silva özünün “Twitter” hesabında yazıb. “Bu gün mən, həyat yoldaşım, uşaqlarım İsaqo və İaqo Fransa vətəndaşları olduq. Bu, bizim üçün çox xoşbəxt bir gündür”, - deyə o bildirib.
Qeyd edək ki, braziliyalı müdafiəçi 2012-ci ildə İtaliyanın “Milan” klubundan Paris təmsilçisinə transfer olunub. O, cari mövsümdə 34 oyunda iştirak edib.

İdman 2019-03-17 09:15:00