×
A
A
A
Sazlamalar

Ümumordu iməciliyi keçirilib

Bakı, 17 mart, AZƏRTAC
Martın 16-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iməcilik zamanı hərbi şəhərciklərdə, hərbi hissələrin, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, eləcə də yaşıllıq zolaqları salınıb.

Siyasət 2019-03-17 07:14:00