×
A
A
A
Sazlamalar

Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb

Sumqayıt, 17 mart, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəquliyev saxlanılıb.
Bu barədə AZƏRTAC –a İdarədən bildirilib.
Verilən məlumata görə, şəxsin üzərində axtarış zamanı ondan narkotik maddə olan heroin aşkarlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə saxlanılan şəxsin yaşadığı evdən əlavə olaraq heroin və tiryək, həmçinin bir kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Sumqayıt Polis İdarəsində faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-03-17 02:23:00